Əməkdar artistlərin qalmaqalı: “Elza, səni öldürərəm” – VİDEO

9:19

16 Aprel

lady gaga

Əməkdar artistlər Mətanət İsgəndərli və Elza Seyidcahanın küsülü olduğu ortaya çıxıb.

Bu, “ATV maqazin 10larla” verilişində yayımlanan sujetdə bəlli olub.

M.İsgəndərli həmkarı ilə küsülü olması haqda sualı cavablandırarkən məsələni təsdiq edib:

“Baş verənləri bilərəkdən etməmişəm. Gördüm ki, məndən uzaq gəzir. Münasibətin əvvəlki kimi olmadığını hiss etdim. Əgər bir adam səndən toyda inciyirsə, deməli o səni çox istəmir. Çünki toyda elə yorğun idim ki, heç özümdə deyildim. Tək idim və ora-bura qaçırdım. Asan iş deyil”.

Mətanət İsgəndərli Elza Seyidcahanın ona verdiyi mahnının oxumadığını etiraf edib. Sözügedən bəstənin İradə İbrahimovaya təqdim olunduğunu öyrəndikdə isə belə reaksiya verib:

“Elza, səni öldürərəm. Mahnını mütləq oxuyacağam”.

Teymur Məmmədov

 

Sizə maraqlı ola bilər