Leyla Əliyeva “Jara” filminin qalasında – FOTOLAR

11:58

6 Sentyabr

lady gaga

Ötən gün Heydər Əliyev Mərkəzində “Jara” romantik komediya filminin qala gecəsi baş tutub.

 

Primetime.az xəbər verir ki, filmin ideya müəllifi və prodüsseri Teymur Cəfərov, rejissoru Dunya Lisova, quruluşçu-rəssamı Masksim Alipçenko və quruluşçu-operatoru Vasiliy Rıjovdur. Ekran işinin yaradıcı heyəti qırmızı xalçadan keçərək jurnalistlərin suallarını cavablandırıblar. Xalq artisti Emin Ağalarov gecəyə xanımı ilə birgə tərif buyurub.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da oğlu Əli Ağalarov birgə qonaqlar sırasında olub.

 

Filmin çəkilişləri “Jara” beynəlxalq musiqi festivalı çərçivəsində ötən ilin iyul ayında Bakıda baş tutub. Belə bir lokasiyasının və çəkilişlərin vaxt seçimi film yaradıcılarına bir neçə günlük Rusiya və Azərbaycanın əsas ulduzlarını bir arada yığmaq imkanı yaradıb. Çəkilişlərdə Filip Kirkorov, Nikolay Baskov, Qriqoriy Leps, Ani Lorak, Emin, Valeriya, İosif Priqojin, Timati, Yeqor Krid və başqaları iştirak ediblər.

 

Filmin süjeti Rusiya estradasının ulduzları ilə dolu təyyarədə başlayır. Onlar Bakıda keçirilən “Jara” festivalına uçurlar. Onların arasında Daşa Steklova adlı qız da var. O, filmin qəhrəmanı və “Jara” festivalının ulduzu olaraq tədbiri öz şousu ilə bağlayan artistdir. Onun rolunu Diana Pojarskaya ifa edir.

 

Sizə maraqlı ola bilər