Emin Safina ilə 50 illik əfsanəni canlandırdı – VİDEO

15:18

15 Mart

lady gaga

Xalq artisti Emin Ağalarov italyan əsilli ifaçı Alessandro Safina ilə əfsanəvi Müslüm Maqomayevin  “Синяя вечность” (Mavi sonsuzluq) mahnısını italyan və rus dilində səsləndiriblər.

 

Primetime.az xəbər verir ki, sözügedən əsərin bu il 50 yaşı tamam olur. Alessandro əsəri ilk dəfə taksidə gedən zamanı radioda eşitdiyini dilə gətirib.

 

“Bu mahnını eşidən kimi ona aşiq oldum. Daha sonra ötən il Bakıda keçirilən “Jara” musiqili festivalda bu mahnını italyan dilində oxumaq qərarına gəldim. Mən bəstənin müəllifi maestro Muslim Maqomayevi çox istəyirəm. Möhtəşəm çıxışdan sonra Emin mənə bu bəstəni birlikdə duet şəklində iki dildə ifa etməyi təklif etdi. Nəticə çox mükəmməl oldu”.

 

E.Ağalarov isə möhtəşəm əsər barəsində bu fikirləri səsləndirib:

 

“Müslüm Maqomayev, tanıdığım artistlər arasında ən möhtəşəmidir. Bu bəstəsi isə dahi sənətkarın səsinin möhtəşəmliyini ortaya çıxardan sözsüz və şərtsiz hitdir. Bu əsər mənim üçün çox qiymətlidir, məhz bu səbəbdən bütün solo konsertlərimdə mahnını ifa edirəm. Dünyada bu əsərin tanınmağı üçün həmmişə istəyirdim ki, o müxtəlif dillərdə səslənsin. Ona görə də, Alessandro Safinanın festivalda bu əsəri onun ifasında eşidəndə onu iki dildə yazmağın gözəl olacağını başa düşdüm. Mənə elə gəlir ki, duetimiz çox gözəl və ən əsası səmimi alınıb”.

Sizə maraqlı ola bilər