Emin Ağalarov: “Bəxtim gətirib ki, narkotikdən istifadə etməmişəm” – FOTOLAR

11:54

30 May

lady gaga

Ötən gün Xalq artisti Emin Ağalarov “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar mətbuat konfransı keçirib.

 

Primetime.az xəbər verir ki, tədbirdə Rusiyada fəaliyyət göstərən Milli Narkomaniya Əleyhinə Birliyin sədri Nikita Luşnikov, qarışıq döyüş növləri üzrə dördqat dünya çempionu Fedor Emelianenko, aktyor Pavel Derevyanko iştirak edib. Qonaqlar narkomaniyanın zərərləri haqda danışıblar. Konfransda ilk çıxışı Emin Ağalarov edib:

 

“Dostlarıma Bakıya gəldikləri üçün təşəkkür edirəm. İstəyirik ki, bu problem azalsın. Mən Bakıda doğulmuşam və Azərbaycanı çox sevirəm. Ona görə də dostlarımı Bakıya dəvət etdim ki, burada da sakitcə bu mövzu ilə məşğul olaq. Şəxsən həyatda bəxtim gətirib ki, narkotikə toxunmamışam. Deyə bilərəm ki, bu, həqiqətən də uğurdur. Çünki çalışdığım sahədə bu nadir haldır. Dörd övlad sahibi kimi onların böyüməsini və bu probləmdən maksimum dərəcədə qorunmalarını istəyirəm”.

 

İlk dəfə Bakıda qonaq olan akyor Pavel Derevyanko buraya gəldiyi üçün xoşbəxt olduğunu bildirib və mövzu ilə bağlı danışıb:

 

“Həyat müxtəlif sürprizlərlə doludur. Narkotikdən istifadə etmişəm. Sənətçilərin psixologiyası stabil deyil. Stressə tab gətirmir. Allaha təşəkkür edirəm ki, məni Nikita Luşnikovla qarşılaşdırıb. Düzdür, mən digər bu bəladan əziyyət çəkənlər kimi realibitasiya mərkəzində müalicə almamışam. Bizim N.Luşnikovla xüsusi proqramımız var”.

 

Nikita Luşnikov Milli Narkomaniya Əleyhinə Birliyinin fəaliyyəti və Emin Ağalarovla tanışlığı haqda danışıb:

 

“Təşkilat narkomaniya və alkoqolizmlə mübarizə ilə məşğuldur. Bizim işimiz qeyri-kommersiya üzərində qurulub. Emin ilə ilk dəfə görüşəndə mütləq şəkildə Bakıda da nə isə bir iş görməyin lazım olduğunu düşündük. Hazırda bizi həm Rusiyada, həm də Azərbaycanda dəstəkləyənlər var. Bizə Azərbaycanda müraciət edənlər olub və onlar müalicə dövrünü uğurla başa vurublar”.

 

Foto: Kərim Abbasov

 

Sizə maraqlı ola bilər