Emin Ağalarov Amerikadakı seçkilərə təsir edib? – AÇIQLAMA

11:17

11 İyul

lady gaga

Xalq artisti, müğənni Emin Ağalarov ABŞ-da keçirilmiş prezident seçkilərinə təsir etməkdə günahlandırılıb.

Belə ki, Ağalarov aprelin 20-sində Demokratik partiyanın Milli komitəsi tərəfindən Manhetten məhkəməsində irəli sürülən iddiada adı hallananlar arasında olub. İddiaçıların fikrincə, Trampın seçki qabağı kampaniyasının Rusiyanın hakim dairələri ilə əlaqədə olan məxfi şəxslərlərlə gizli əlaqəsinin olduğu deyilib. Lakin Tramp və onun köməkçiləri irəli sürülən bu iddiaların yalan olduğunu bildirib.

Ağalarov bu ittihamlarla bağlı “Vice News” telekanalına açıqlama verib:

“Məni Amerika seçkilərinə təsir etməkdə günahlandırıblar.Çünki mənim prezident Donald Trampla şəxsi tanışlığım var. Bu ittiham olduqca qəribə və gülüncdür. Biz onunla 2013-cü ildə Rusiya “Miss Kainat”la bağlı Las-Veqasda görüşüb müzakirələr aparmışıq”.

Qeyd edək ki, xalq artistinin Amerikadakı seçkilərə təsir etmə iddiaları ilk öncə ABŞ Demokratik partiyasının tərəfdaşları tərəfindən irəli sürülüb. Bu ittihamda 19 nəfərin adı çəkilib.

Sizə maraqlı ola bilər