Emindən sevənlərinə yeni KLİP

16:16

19 Aprel

lady gaga

Xalq artisti Emin Ağalarov “Wicked game” adlı yeni mahnısına çəkdirdiyi klipini təqdim edib.

 

Primetime.az xəbər verir ki, ekran işində əsas rolu Diana Pojarski canlandırıb. Emin ekran işi bağlı bu sözləri deyib:

 

“Bu, sevgi haqda olan ən gözəl mahnılardan biridir. Onu illər əvvəl dinləmişəm və qəlbimə toxunub. Onu çoxdan oxumaq istəyirdim, amma indiyə qismət oldu. İndi bu mahnını konsertlərimdə səsləndirirəm. Ümid edirəm ki, yaxşı alınıb”.

 

Klipin çəkilişləri “Crocus city mall”da aparılıb. Ekran işində romantik sevgi hekayəsi əks edilib. Videonun rejissoru Lev Efimovdur.

Sizə maraqlı ola bilər