Əqli çatışmazlığı olan qız kütləvi şəkildə zorlandı, 20 nəfər saxlanıldı

21:52

17 May

lady gaga

Türkiyədə daha bir qalmaqallı hadisə yaşanıb.

 

Yerli mətbuatda yazılanlara görə, Kütahya şəhərində əqli çatışmazlığı olan 18 yaşlı qız kütləvi şəkildə zorlanıb. Bu barədə onun valideynləri polisə məlumat verib.

 

Dərhal hərəkətə keçən asayiş keşikçiləri əvvəl iki nəfəri tutaraq polis şöbəsinə gətiriblər. Daha sonra isə ümumilikdə 20 nəfər saxlanılıb. Araşdırmalar nəticəsində məlum olub ki, 52 faiz əqli çatışmazlığı olan qız öz istəyi ilə həmin şəxslərlə münasibətdə olub. Bundan xəbərsiz olan valideynlər isə polisə təcavüz iddiası ilə müraciət ediblər.

 

Bildirilir ki, tutulan 20 nəfər şəxs polisə ifadə verdikdən sonra sərbəst buraxılıb.

Sizə maraqlı ola bilər