Ərindən boşanan Demet Akalın Türkiyəni tərk edir

19:50

14 Sentyabr

lady gaga

Bir neçə gün əvvəl 6 illik həyat yoldaşı Okan Kurtdan boşanan türkiyəli məşhur müğənni Demet Akalın Amerika Birləşmiş Ştatlarına (ABŞ) gedir.

 

Yerli mətbuatın yazdığına görə, ifaçı ABŞ-a klip çəkdirmək məqsədilə gedir.

 

Mənbədə o da əlavə olunub ki, D. Akalın klip çəkdirdikdən sonra bir müddət daha Amerikada qalıb istirahət edəcəkvə bununla boşanma hadisəsinin gərginliyini üzərindən atmağa çalışacaq. Onun qızı Hiranı da ABŞ-a aparıb-aparmayacağı hələlik bəlli deyil.

Sizə maraqlı ola bilər