Ermənilər etiraza qalxdı – Küçələri, yolları bağlayıblar

11:37

16 Aprel

lady gaga

Ermənilər keçmiş prezident Serj Sarkisyanın Baş nazir təyin edilməsinə etiraz olaraq aksiya keçiriblər.

Etirazçılar Yerevanın bir neçə mərkəzi küçəsini bağlayıblar. Polis əməkdaşları etirazçılardan ərazini boşaltmağı tələb etsə də, onlar buna məhəl qoymur. Aksiyanı keçirən kütləyə başçılıq edən “Yelk” parlament fraksiyasının rəhbəri Nikol Paşinyan  körpüləri, yolları və metro stansiyalarını bağlamaq niyyətində olduqlarını bəyan edib.

Məlumat üçün bildirək ki, ötən həftə Serj Sarkisyanın Ermənistanın baş naziri postuna namizədliyi irəli sürülüb. Aprelin 17-si nəticələrin elan olunacağı gözlənilir.

Sizə maraqlı ola bilər