Plastik əməliyyat etdirən xanımların NƏZƏRİNƏ! – DİQQƏTLİ OLUN

11:50

13 İyun

lady gaga

Son illər bütün dəb sistemi, plastik, estetik əməliyyatların xanımları bir-birinə oxşatmağa planlaşdırıldığı düşünülür. Silikon dodaqlar, əməliyyatlı burunlar, saç forması, uzun dırnaqlar, tünd dəri və s. tipli özəlliklər onların oxşarlığına səbəb olur.

 

Bu özəllik əvvəllər tanınmış şəxslərə aid olsa da, indi sadə vətəndaşlar arasında da estetik əməliyyatlar gündəmdə olduğu üçün onlara da siraət edib. Bu gün dünyada, eləcə də ölkəmizdə estetik-plastik cərrahiyyəyə müraciət edənlərin sayında kəskin artım var. İnsanlar xarici görünüşlərində olan və onları narahat edən qüsurlardan, ən əsası komplekslərdən qurtulmaq üçün plastik cərrahiyyəyə üz tuturlar.  Xüsusilə xanımlar arasında hazırda gözəllik deyil, daha çox seksuallıq ön plana çəkilir. Ən azı əksəriyyət bu düşüncədədir.

 

Mövzu ilə bağlı Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assossiasiyasının həqiqi üzvü, cərrah-həkim Vaqif Qələndərli Primetime.az-a açıqlama verib. O, ölkədə estetik əməliyyat etdirən qadınların bir-birinə oxşamadığını düşünür:

 

“Çünki hər kəsin öz üz quruluşu, ölçüləri var. Və ona uyğun əməliyyatlar həyata keçirilir. Hər kəs bir-birinə oxşamır. Həkimlər də əslində hər kəsin parametrlərinə uyğun əməliyyat icra etməlidirlər. Məsələn, qadın ola bilər ki, simasına, özünə yaraşmayan forma istəsin. Profesional mütəxəssis həmin şəxsə başa salmalı və üzünə uyğun əməliyyat etməlidir”.

 

V.Qələndərli azərbaycanlı xanımların digərlərindən fərqləndirən xüsusiyyətlərindən də söz açıb:

 

“Aydındır ki, Azərbaycan xanımları özlərinə daha çox diqqət yetirir, kifayət qədər baxımlıdırlar. Adi bir Avropa ölkəsinin xanımları ilə müqayisədə bizimkilər qədər baxımlı olanlar yoxdur. Regional, həmçinin genetik olaraq insanlarda bu cür yatqınlıq var. Əlbəttə, regionlara görə Qafqaz bölgəsində yaşayan insanların üz, bədən quruluşu fərqlidir. Sifətin, burnun quruluşundan tutmuş bədəndəki piy toxumalarına qədər.. Baxırsınız ki, “Fast food”dan istifadə edən ölkələrdə piylənmə bölgələri təbii qidalara üstünlük verənlərdən başqadır. Qeyd etdiyim kimi regionların da təsir payı çoxdur”.

 

Günay Rəsulqızı

Sizə maraqlı ola bilər

MAXIMUM

MAXIMUM

Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Terrorçuluğa qarşı mübarizə Komitəsinin rəhbəri ilə görüşüb – FOTO

0:00

24 Sentyabr

Sosial

Sosial

Qazax rayonunda mərmi aşkarlanıb

23:59

23 Sentyabr

MAXIMUM

MAXIMUM

Rusiya paytaxtında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiya Müsəlmanları Ruhani İdarəsinin (RMRİ) sədri, müfti Ravil Qaynutdinin 60 illik yubileyinə və Rusiya Müsəlmanları Ruhani İdarəsinin yaradılmasının 25 illiyinə həsr olunan tədbirdə iştirak edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, QMİ sədri müfti Ravil Qaynutdini 60 illik yubileyi və yenidən Rusiya müsəlmanlarının müftisi, RMRİ-nin sədri seçilməsi münasibəti ilə təbrik edib. Qeyd edək ki, bu gün Moskvanın “Sülh” prospektində yerləşən Cümə Məscidində Rusiya Müsəlmanları Ruhani İdarəsinin VII Hesabat-Seçki Qurultayı keçirilib. 500-dən çox nümayəndə və qonağın qatıldığı VII Hesabat-Seçki Qurultayı ilə yanaşı, Rusiya paytaxtında Moskva Böyük Məscidinin 115 illiyi, Rusiya Müsəlmanları İdarəsinin 25 illiyi, Moskva İslam İnstitutunun yaradılmasının 60 illiyi və RMRİ-nin başçısı, müfti Ravil Qaynutdinin 60 illik yubileyi də qeyd olunub. Rusiya müsəlmanlarının qurultayı Böyük Məsciddə ilk dəfə keçirilib. Tədbirdə 5 illik hesabat-seçki dövrünə yekun vurularaq, növbəti dövr üçün fəaliyyət planı təsdiqlənib, Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri və birinci müavini seçilib. Ravil Qaynutdin növbəti müddətə (2019-2024) Rusiya müsəlmanlarının müftisi və Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri seçilib. Xatırladaq ki, 1904-cü ildə açılmış Moskva Böyük Məscidi 115 il ərzində heç zaman bağlanmayıb, bütün dövrlərdə – sovet hakimiyyəti dövründə, Böyük Vətən Müharibəsi illərində müsəlmanların ibadətlərini yerinə yetirməsi üçün bir araya gəldiyi məbədə çevrilib. 1994-cü ildə müfti şeyx Ravil Qaynutdinin rəhbərliyi ilə Rusiyanın bütün regionlarından müsəlmanların Rusiya Müsəlmanları İdarəsinin ətrafında birləşməsinə başlanılıb, Moskva məscidində yenidənqurma işləri aparılıb. 2015-ci ildə yenilənmiş Moskva Böyük Məscidinin Prezident Vladimir Putinin iştirakı ilə təntənəli açılışı olub.

23:40

23 Sentyabr

İdman

İdman

Azərbaycan ağırlıqqaldıranları dünya çempionatında çıxışlarını başa vurublar

23:20

23 Sentyabr

DÜNYA

DÜNYA

Vladimir Putin Ermənistana səfər edəcək

22:59

23 Sentyabr

DÜNYA

DÜNYA

Suriyalı bir qrup şəxs Ukrayna voleybol komandasının formasını geyinib sərhəddi keçməyə çalışdılar

22:39

23 Sentyabr

MAXIMUM

MAXIMUM

Elmar Məmmədyarov: “Ermənistanın bəyanatları beynəlxalq hüququn pozulması yolunu davam etdirdiyini sübut edir”

22:15

23 Sentyabr

Sosial

Sosial

Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradılıb

21:59

23 Sentyabr

Sosial

Sosial

Azərbaycanın daha 12 rayonunda səyyar gübrə satışı keçiriləcək

21:44

23 Sentyabr

MAXIMUM

MAXIMUM

“Azərpoçt”un Salyan filialına yeni rəis təyin olunub

21:24

23 Sentyabr