Çingiz Mustafayev FİNALDA – VİDEO

1:10

17 May

lady gaga

Bu il İsrailin ev sahibliyi etdiyi 64-cü “Eurovision” mahnı müsabiqəsi davam edir.

 

Primetime.az xəbər verir ki, Təl-Əviv şəhərində təşkil olunan yarışmanın ikinci yarımfinalında bu axşam 18 ölkə təmsilçisi performans göstərib.

 

Azərbaycan təmsilçisi Çingiz Mustafayev ikinci yarımfinalda 18-ci nömrə altında “Truth” mahnısı ilə çıxış edib. Həmçinin Ermənistan, İrlandiya, Moldova, İsveçrə, Latviya, Rumıniya, Danimarka, İsveç, Avstrya, Xorvatiya, Malta, Litva, Rusiya, Albaniya, Norveç, Niderland, Makedoniya təmsilçiləri də bu axşam yarışıb.

 

Sonda səsvermənin nəticələri açıqlanıb və daha 10 ölkə – Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Azərbaycan, Danimarka, Norveç, İsveçrə və Malta finala adlayıb.

 

Qeyd edək ki, birinci yarımfinaldakı çıxışlardan sonra 10 ölkə – Yunanıstan, Belarus, Serbia, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya San Marino və Sloveniya təmsilçiləri finala adlayıb. Müsabiqənin finalı isə bu ayın 18-də baş tutacaq.

 

 

Sizə maraqlı ola bilər