Evindən hazırlanan reportaj Rozanı ağlatdı – “Belə oyun aparmağını görəndə şoka düşdüm” – VİDEO

23:27

13 İyun

lady gaga

Xalq artisti Murad Dadaşovun təqdimatında ATV-də yayımlanan “Maşın” şounun 16-cı sürəti – “Xanımlar və Cənablar -2” yekunlaşır.

 

Bu gün maşın uğrunda mübarizədə ikinci final gecəsi başlayıb. Qaydalara əsasən, əlini ilk götürən uduzmuş hesab olunacaq. Bundan başqa iştirakçılar iki saat əlini dəyişməyəcəklər. Finala çıxan iştirakçılar repçi İbrahim İbrahimov (Uran), müğənni Roza Zərgərli və  videobloqçu Hüseyn Əzizoğlu idi. Lakin bugünkü efir Uransız başlayıb. Repçi ilk final gecəsində səhhəti ilə bağlı olaraq avtomobilin ətrafında qala bilmədiyini deyib və əlini götürərək gedib.

 

Uran yola salındıqdan bir qədər sonra M. Dadaşov “Maşın” şou əməkdaşlarının Roza Zərgərlinin evində olduğunu və onun ailəsinin fikirlərini öyrəndiklərini deyib. Həmin kadrlar efirdə yayımlandıqdan sonra müğənni kövrəlib.

 

Sizi həmin videomaterialla tanış edirik:

Sizə maraqlı ola bilər