Evinin sökülməyinə etiraz etdi, 6 aylıq qızını damdan aşağı atdı – FOTO

10:15

16 Aprel

lady gaga

Cənubi Afrikada dəhşətli anlar yaşanıb. Adı açıqlanmayan şəxs 6 aylıq körpəsini evin damından aşağıya atıb. Lakin xoşbəxtlikdən polis əməkdaşları onu anında tutaraq xilas edə biliblər.

Belə ki, Cənubi Afrikanın Kvadvesi bölgəsində evinin sökülməyinə narazılığını bildirən şəxs etirazını körpə qızını damdan aşağı ataraq edib. Polislərin hadisə yerində olması ilə uşaq son anda xilas edilib. 38 yaşlı ata həbs edilib. Körpəni isə anasına təhvil verilib.

Qeyd edək ki, sözügedən bölgədə 90 evin sökülməyinə daha 150 sakin etiraz edib.

Sizə maraqlı ola bilər