Eyni aqibəti yaşayan Elşad Xosedən Dadoya dəstək

10:39

7 Dekabr

lady gaga

Bir neçə gündür müğənni Natavan Həbibinin həyat yoldaşı reper Səid Əliyevdən (Dado) boşanması gündəmi zəbt edib.

Dadoya ilk dəstək isə həmkarı, eyni zamanda onunla eyni aqibəti yaşayan reper Elşad Xosedən gəlib.

O, Dadoya ürək-dirək verərək bu sözləri yazıb: “Bu müxbirlərlə insta-qəhrəmanlar hər uydurma və mənasız xəbərlərlə bizim axırımıza çıxdılar. İmkan vermə sizin də axırınıza çıxsınlar. İnsanın dar gününə sevinib, yıxılaraq baltalayan, büdrəyərək itələyən kim olar? Belələrinin sevinməyinə fürsət yaratma. Ürəyinə qulaq as və bildiyini et. Allah sənin kimi oğlanı heç vaxt peşman etməsin”.

Qeyd edək ki, bir zamanlar rəqqasə Oksana Rəsulova da evli olduğu Elşad Xosedən qalmaqalla boşanmışdı.

Sizə maraqlı ola bilər