“FaceApp”da sifətini qocaldanlara TƏHLÜKƏ XƏBƏRDARLIĞI

20:51

23 İyul

lady gaga

ESET beynəlxalq antivirus şirkəti kibercinayətkarların “FaceApp” mobil əlavəsinin populyarlığından fırıldaqçılıq məqsədilə istifadə etməsi ilə bağlı xəbərdarlıq edib.

 

Primetime.az “ICTnews”a istinadən xəbər verir ki, Rusiyanın “Wireless Lab” şirkəti tərəfindən hazırlanan proqramdan “Android” və “iOS” platformalarının versiyalarında istifadə mümkündür. O, fotoşəkillərdəki sifətlərə yüksək realistik dəyişikliklər etmək, onlara müxtəlif effektlər, üslub dəyişiklikləri və s. vermək üçün nəzərdə tutulub. Mobil əlavənin işinin əsasını neyron şəbəkə texnologiyası təşkil edir.

 

Bildirilir ki, bu yaxınlarda “FaceApp” proqramında böyük populyarlıq qazanan sifətin “qocalması” funksiyası yenilənib. Əlavəyə artan maraqdan kibercinayətkarlar dərhal yararlanmağa başlayıblar.

 

Məsələn, internetdə “FaceApp Pro” proqramının cinayətkarlar tərəfindən yüklənilməsi pulsuz təklif edilən saxta versiyaları yayılıb. Belə proqramların yayılması üçün xüsusi saxta saytlar yaradılır. Saxta “FaceApp” versiyalarına, həmçinin “YouTube” videohostinqində və rəsmi “Google Play” əlavələr mağazasında rast gəlmək mümkündür.

 

Məlumata görə, əlavənin quraşdırılması zamanı çoxlu açılan pəncərələr görünür. İstifadəçinin diqqətsizliyi ödənişli əlavə və ya reklamlara abunə olmağın rəsmiləşdirilməsi ilə nəticələnir. Bundan başqa, qurbanlar fırıldaqçılıq sxeminin tərkib hissəsi olan bildirişlərin qəbulu üçün sorğular alırlar.

Sizə maraqlı ola bilər