Faiq Ağayev Azər Həsrəti tənqid etdi

10:32

16 Aprel

lady gaga

Xalq artisti Faiq Ağayev jurnalist Azər Həsrəti tənqid edib.

 

Primetime.az xəbər verir ki, sənətçi bu məsələ ilə bağlı Əflatun Amaşova müraciət edib:

 

“Adam nə qədər “primitivçiliy”in dibinə düşübsə, çabalamağını “mücadilə” hesab edir. Sayqıdəyər Əflatun Amaşov, yalançı vətənpərvərlik nümunəsi olan bu ziyanlı yazını, hərcmərclik, süni ayrıseçkilik, cəmiyyətimizdə aqressiv qarşıdurmaya səbəb ola biləcək bu təhlükəli böhtanı söyləyən şəxs – Azər Həsrət – iddia etdiyi kimi, başçılıq etdiyiniz Azərbaycan Mətbuat Şurası İdarə Heyyətinin üzvüdür. Siz həm də Azərbaycan Respublikası Milli Məclisinin deputatısınız. Qeyd etdiyim üzqaraldan bəyanat barədə mövqe bildirməyinizi sizdən rica edirəm”.

 

Qeyd edək ki, ötən gün jurnalist Azər Həsrətin sosial şəbəkədə yazdığı status qalmaqala səbəb olub:

 

“Bakıda klublarda daha çox gözə dəyən uşaqlar rus məktəblərində oxuyanlardır. Digər tərəfdən, içməyə və çəkməyə meylli olan da daha çox rus məktəblərinin şagirdləridir”.

Sizə maraqlı ola bilər