Brilliantdan Faiqə ŞOK SÖZLƏR: “Rəhmətə getmiş valideynlərimi söydü”

11:57

15 May

lady gaga

Xalq artisti Brilliant Dadaşova “MTV Azərbaycan”da bəstəkar-ifaçı Rəhim Rəhimlinin “3 canlı” verilişində qonaq olub.

 

Primetime.az xəbər verir ki, sənətçi illərdi küsülü olduğu həmkarı Faiq Ağayev barəsində danışıb. İki xalq artistinin konsertə görə düşmən olduğu bəlli olub:

 

“Gəldi dedi ki, biletim satılmır, konsertə bir həftə qalıb. Qurban olum, adını ver afişaya vuraq, bilet satılsın. Yoxsa sponsorlar bir də mənlə işləməyəcək. Mən də icazə verdim. Rafiq Babayev dedi ki, ya sən ağılsızsan, ya da həmin adam ağıllıdır. Bir həftə qalıb, biletlər satılmasa, deyəcək, Brilliantın adı var idi deyə, satılmadı. Necə demişdi, eləcə də oldu. Şər də, böhtan da atdı. Rəhmətə getmiş valideynlərimi, ata-anamı söydü. Onu nəinki bağışlamaq, bağışlamağı düşünən insanlar belə, mənə xəyanət etmiş olur. Mənə sataşır, təhqir edirsə, niyə barışmalıyam? Öz həyat tərzini mənə sırımaq istəyir. Guya mən onun üçün bunu etmişəm. İndi anlayıram ki, vaxtilə öz sənətimə qiymət verməmişəm. Sənətimin aşağısında dayananları tərifləmişəm, özümlə bir tutmuşam. Elə biliblər ki, mənimlə eynidirlər. Başa düşürəm ki, səhv etmişəm”.

 

View this post on Instagram

 

Briliant Dadaşova bu dəfə Faiq Ağayevi ifşa etdi…

A post shared by PrimeTime.Az (@primetime.az) on

Sizə maraqlı ola bilər