Faiq Ağayev Aygün Kazımova ilə yazışmasından danışdı: “Mən də ona deyirəm ki, az, yenə də…”

16:43

15 Aprel

lady gaga

Xalq artistləri Faiq Ağayev və Aygün Kazımova tədbirlərdən birində bir araya gəlib.

 

“Xəzər maqazin” verilişinin kameralarına tuş gələn müğənnilər maraqlı açıqlama ediblər.

 

Belə ki,  F.Ağayev həmkarı ilə aralarında baş tutan yazışmalardan söz açıb:

 

“O, mənim hərbi dostumdur. Sevdiyin insanları üfürə-üfürə qorumaq lazımdır.

 

Hər səhər mənə müxtəlif dillərdə sabahın xeyir yazır. Mən də ona deyirəm ki, az, yenə də xortlayıbsan? Səhər saat 7dir.

 

Biz bir-birimizə yeni layihələrimizi göndəririk.

 

F.Ağayev A.Kazımova ilə duet oxumasına da münasibət bildirib:

 

“Mən ona təklif etmişəm. Yəni oxumaq xətrinə duet ifa etmək istəmirik. Gərək elə mahnı bizi oxutsun”.

 

Teymur Məmmədov

Sizə maraqlı ola bilər