Faiq Ağayev qayda pozan sürücünü belə ifşa etdi: “Yalnız öz rahatlığını düşünən…” – FOTO

0:38

14 Mart

Xalq artisti Faiq Ağayev Bakıda yol hərəkəti qaydasının pozulması ilə bağlı paylaşım edib.

 

lady gaga

Onun ifşa etdiyi fakt paytaxtın Yasamal rayonu, H.Cavid prospekti ilə H.Məcidov (keçmiş B.Bağırova) küçəsinin kəsişməsində qeydə alınıb.  Tanınmış ifaçı dayanma-durma qaydasını pozmuş avtomobilin fotolarını çəkərək sosial şəbəkədə paylaşıb.

 

Sənətçi bildirib ki, 99-KH-853 dövlət nömrə nişanlı “Toyota Land Cruiser Prado” avtomobili səkidə park edilərək piyadaların hərəkətinə mane olur. F. Ağayev qayda pozan həmin şəxslə bağlı bu sözləri deyib:

 

“Qanunları saymayan, parketmə qaydalarını kobud şəkildə pozan,  piyadaların sərbəst hərəkət etməsini ciddi əngəlləyən, yalnız öz rahatlığını düşünən bir ədəd Azərbaycanlı”.

 

Müğənni Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədova da çağırış edərək, həmin sürücü barədə ölçü götürülməsini istəyib.

 

Sizə maraqlı ola bilər