Faiq Ağayevdən sevənlərinə sürpriz – “Gəl bir öp”

12:55

10 Fevral

lady gaga

Xalq artisti Faiq Ağayev yeni mahnı ilə sevənlərinə sürpriz edib.

 

Primetime.az xəbər verir ki, müğənni “Gəl bir öp” adlı mahnısını təqdim edib. Bildirilir ki, bəstənin sözləri Leyli Erol, musiqisi isə Səbinə Babayevaya məxsusdur.

 

İfaçı mahnının ərsəyə gəlməsi ilə bağlı bu sözləri deyib:

 

“3 il öncə bu mahnını mənə istedadlı həmkarım, “Eurovision 2012” təmsilçimiz, müğənni Səbinə Babayeva təqdim etdi. Sözlərini də duyğulu şerlər müəllifi, sevimli Leyli Erol-İsrafilova yazdı. Bu gün bu gözəl nəğməni sizə təqdim edirəm, dostlar. Xoş dinləmələr! 14 fevraldan isə mahnını bütün radiolarda dinləyə biləcəksiniz, İnşallah”.

 

Sizə həmin mahnıdan bir hissəni təqdim edirik.

 

Sizə maraqlı ola bilər