FHN batma təhlükəsi ilə üzləşən 2 nəfəri xilas etdi

22:16

19 İyul

lady gaga

Fövqəladə Hallar Nazirliyi (FHN) boğulma təhlükəsi ilə üzləşən 2 nəfəri xilas edib.

 

 Primetime.az xəbər verir ki, bu barədə sözügedən nazirlikdən məlumat verilib.

 

Bildirilib ki, bu gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən, Neftçala və Şüvəlan sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər (onlardan 1 nəfəri xarici ölkə vətəndaşıdır) xilas olunub.

Sizə maraqlı ola bilər