FHN qayıqda köməksiz vəziyyətdə qalan 2 nəfəri xilas etdi

22:34

11 İyul

lady gaga

Xəzər dənizində qayıqda köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumata verilib.

 

Bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı çimərliyi istiqamətində (nəzarətsiz ərazidə) 2 nəfərin dənizdə qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən 2 nəfərə müvafiq köməklik göstərilib. Əməliyyat başa çatıb.

Sizə maraqlı ola bilər