FHN zirzəmidə köməksiz vəziyyətdə qalan uşağı xilas etdi

19:56

14 Mart

lady gaga

Fövqəladə Hallar Nazirliyi (FHN) köməksiz vəziyyətdə qalan azyaşlını xilas edib.

 

Primetime.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər azyaşlı qapının kilidlənməsi nəticəsində evin zirzəmisində köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasediciləri qapını açaraq uşağı aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat başa çatıb.

Sizə maraqlı ola bilər