Flora Kərimova metroda çəkilən o fotodan danışdı – “Hamımız sağ-salamatıq”

10:26

13 İyun

lady gaga

Ötən gün Arzu Əhmədova adlı gəncin relslər üzərində çəkdirdiyi fotolar mətbuatda böyük səs-küyə səbəb oldu.

 

Primetime.az xəbər verir ki, məsələ ilə bağlı xalq artisti Flora Kərimova aydınlıq gətirib. O, fotoların “Qaynana 2018” filminin çəkilişləri zamanı çəkildiyini bildirib:

 

“Dünən qeyri iş saatlarında metronun N.Narimanov adına stansiyasında “Qaynana 2018″ filminin çəkilişləri baş tutub. Filmdə kütləvi səhnələrdə çəkilən gənc xanımın stansiyadan çəkilib sosial şəbəkələrdə paylaşılan fotosu bu gün mətbuat və sosial mediada tirajlandı və təəssüf ki, məlumat təhrif olundu. Əslində isə narahatlığa heç bir əsas yoxdur. Hamımız sağ-salamat, yüksək təhlükəsizlik şəraitində uğurla çəkilişləri yekunlaşdırdıq. Bu arada Bakı Metropoliteninin bütün heyyətinə bizim üçün yaratdığı şərait, sevgi və qayğıya görə təşəkkür edirəm. Sizi sevirəm”.

Sizə maraqlı ola bilər