Flora Kərimova Sami Yusufdan yazdı – VİDEO

10:57

12 Sentyabr

lady gaga

Xalq artisti Flora Kərimova azərbaycanlı şair İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinə mahnı bəstələyən Sami Yusuf haqda yazıb.

 

Primetime.az xəbər verir ki, sənətçi ərsəyə gələn işi yüksək dəyərləndirib:

 

“Vətəni, onun mədəniyyətini, ədəbiyyatını, qəhrəmanını, keçmişini bu qürurlu Azərbaycanın hər bir övladı, vətəndaşı ürəyi ilə sevməli, ağılı ilə qorumalı və bunu özünə borc bilməlidir. Bir klassiki tərənnüm etmək, onu tərif və vəsf etmək üçün musiqimizin sütunları – muğam və aşıq musiqisinin həmrəy olması gərəkdir. Gənc Sami Yusuf və ona dəstək olanlar bu işin öhdəsindən layiqi ilə gələ bildilər. Dahi Nəsimiyə muğamımızla, sazın, tarın, kamanın dili ilə haray oldular, hörmət gətirdilər və dünyaya tanıtdırdılar ki, əsl Azərbaycan, əsl Azərbaycan mütəfəkkiri və musiqisi budur”.

 

Qeyd edək ki, Sami Yusufla yanaşı “Sığmazam” qəzəlini aşıq Samirə və aməkdar artist Təyyar Bayramov da ifa edib.

Sizə maraqlı ola bilər