Foto çəkdirmək istədi. Köpək balığına yem oldu – FOTOLAR

16:39

12 İyul

lady gaga

“Instagram” modeli Katarina Zarutski sevgilisi və ailəsi ilə tətil üçün getdiyi Baham adalarında  “dayə” köpək balığının hücumuna məruz qalıb.

Belə ki, kürəyi üstə suya uzanaraq poza vermək istəyən modelin qolunu köpək balığı dişləyib. Sakit qalmağa və qan suya düşmədən sudan çıxmağa çalışan modelin o anlarını sevgilisi görüntüləyib. Xəstəxaya gedən Katarinaya izlərin qalacağı deyilib.

19 yaşlı gənc qız yaşadığı hadisə ilə bağlı “”dayə” adlanan köpək balıqlarının insanlara hücum etmədiyini düşünürdüm. “Instagram”da insanların onlarla çəkdirdiyi saysız-hesabsız fotolarını gördüm. Amma onlar vəhşi canlılardır və bu nəzarət edilə bilməyən bir vəziyyətdir” – deyə açıqlama verib.

 

 

Sizə maraqlı ola bilər