“FOX TV” məşhur seriala görə cərimə olundu

15:46

7 Dekabr

lady gaga

Türkiyənin “FOX TV” kanalı Türkiyə Radio və Televiziya Şurası (RTÜK) tərəfindən cərimələnib.

 

Primetime.az xəbər verir ki, buna səbəb kanalda yayımlanan “Kadın” serialında milli-mənəvi dəyərlərə zidd səhnələrin yer alması olub.

 

Belə ki, RTÜK-ün bununla bağlı verdiyi açıqlamada “serialda baldız obrazını canlandıran Seray Kaya köməyə ehtiyacı olan bacısı Özge Özpirinçciyə ilik köçürür. O, bacısının əri Caner Cindoruklə uyğunsuz şəkillər çəkdirmək şərtiylə belə addım atır.  Həmçinin sözügedən şəkillər şantaj xarakteri daşıyır. Bu və bənzər səhnələr milli və mənəvi dəyərlərə ziddir və ümumi əxlaqa qarşıdır” – deyə fikir bildirilib.

Sizə maraqlı ola bilər