Fransalı biznesmen Notr-Damın bərpası üçün 100 milyon ayırdı

12:57

16 Aprel

lady gaga

Fransalı milyarder Fransua-Anri Pino yanan Ntr-Dam kilsəsinin bərpası üçün 100 milyon avro ayırıb.

 

Primetime.az xəbər verir ki, bu barədə açıqlama verən 56 yaşlı biznesmen “bu, bütün fransızlara acı verən faciədir. Hər kəs bizim ümumi irsimizin bu xəzinəsinin mümkün qədər tez bərpa edilməsini istəyir” deyib.

 

Qeyd edək ki, Fransua-Anri Pino dünyaca məşhur aktrisa Salma Hayekin həyat yoldaşıdır. O, məşhur brendləri idarə edən “Kering” şirkətinin icraçı direktorudur.

 

Xatırladaq ki, ötən gün XII əsrə aid Notr-Dam kilsəsində yanğın olub və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub.

Sizə maraqlı ola bilər