Frida Kahlonun bilinən tək səs qeydi bu ölkədə ola bilər – FOTOLAR

13:05

13 İyun

lady gaga

Dünyaca məşhur meksikalı rəssam Frida Kahlonun bilinən tək səs qeydi olduğuna inanılan bir səs yazısı tapılıb. 

 

Primetime.az xəbər verir ki, Meksikanın “Beynəlxalq Səs Kitabxanası”nda tapılan səs qeydinin 1955-ci ildə çıxış edən “El Bachiller” radio proqramının sınaq yayımından götürüldüyü ehtimal edilib. Frida Kahlonun 1954-cü ildə həyatını itirməsindən 1 il sonra yayımlanan proqramda Kahlonun həyat yoldaşı Dieqo Riveranın bir portreti çəkilib. Səs qeydində Kahlo olduğu düşünülən şəxs isə əri üçün yazdığı “Dieqonun Portreti” adlı yoxlanışdan bir hissə oxuyub.

 

Tapılan səs qeydində bunlar deyilib: “(Dieqo) Dostcanlı bir üzü və kədərli baxışları olan nəhəng bir uşaq idi. Tünd, qaranlıq, olduqca ağıllı və böyük gözləri nadir hallarda yerində durardı, bir qurbağada olduğu kimi qabarıq göz bəbəkləri şişkin göz qapaqlarından çölə çıxırdı. Gözləri, baxışlarının daha böyük vizual sahəni içinə almasını təmin edərdi – sanki böyük məkanlar və izdihamların rəssamı üçün yaradılmış kimi…”.

 

Meksika Mədəniyyət Naziri Alexandra Frausto sənət dünyasını həyəcanlandıran inkişafla bağlı mətbuata açıqlama verib. O, səs qeydinin Fridaya aid olub-olmadığını müəyyən etmək üçün işlədiklərini bildirib. Əgər səs qeydinin Fridaya məxsus olduğu sübuta yetirilsə, bu, rəssamın ilk və tək səs qeydi olaraq tarixə keçəcək.

 

Sizə maraqlı ola bilər