Fuad Poladovun son vəsiyyəti yerinə yetirildi – FOTO

12:23

5 İyun

lady gaga

Mayın 5-də vəfat edən Xalq artisti, görkəmli aktyor Fuad Poladovun vəsiyyəti yerinə yetirilib.

Belə ki, aktyor qəbir qaşında şəklinin olmamasını istəmişdi.

Bununla da aktyorun istəyi ilə qəbir daşına şəkil qoyulmayıb.

Onun qəbir daşının fotosunu tanınmış aktyor Hikmət Rəhimov sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, Xalq artistinin həyat yoldaşı Gülüstan Poladova mətbuata açıqlamasında onun qəbir daşına şəkil qoydurmamağı vəsiyyət etdiyini bildirmişdi.

Xatırladaq ki, 69 yaşında dünyasını dəyişən aktyor xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Sizə maraqlı ola bilər