Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi rəsmən açıqlandı – FOTO

19:53

11 Fevral

lady gaga

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib.

 

Primetime.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytından məlumat verilib.

 

Bildirilib ki, yığmamızı bundan sonra xorvatiyalı mütəxəssis Nikola Yurçeviç çalışdıracaq. Yaxın günlərdə 53 yaşlı məşqçi ilə rəsmi müqavilənin imzalanacağı bildirilir.

 

Qeyd edək ki, məşqçilik karyerası ərzində Zaqreb “Dinamo”su, Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” komandalarını çalışdıran Yurçeviçin son iş yeri Zaqreb “Dinamo”su olub. O, ötən mövsümün sonuna 2 tur qalmış istefaya göndərilib. Bundan əlavə həmyerlisi Slaven Biliçin məşqçilər korpusunda yer alan N. Yurçeviç Xorvatiya millisində (2006 – 2012), eləcə də Rusiyanın “Lokomotiv”, Türkiyənin “Beşiktaş” və İngiltərənin “Vest Hem” klublarında köməkçi-məşqçi işləyib.

 

Onu da əlavə edək ki, millimizi bundan əvvəl “Qarabağ” klubunun baş məşüçisi Qurban Qurbanov çalışdırıb.

 

Sizə maraqlı ola bilər