Gəncə sakini heroin satarkən saxlanıldı – FOTO

23:24

11 Oktyabr

lady gaga

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməkdaşlarının Gəncədə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitə satan şəxs saxlanılıb.

 

Primetime.az “Report”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Anar Tağıyev 2 ədəd siqaretin gümüş falqasına bükülü, ümumi çəkisi 0.433 qram narkotik vasitə hesab olunan heroini şərti alıcıya satarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı toplanan material araşdırma aparılması üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilib.

 

Sizə maraqlı ola bilər