Gəncədə yük maşını ilə minik avtomobili toqquşdu: xəsarət alanlar var

22:34

12 Yanvar

Gəncədə “KAMaz” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-da olan iki nəfər yaralanıb.

 

lady gaga

Xəsarət alanlar şəhər sakinləri 1981-ci il təvəllüdlü Orucov Natiq, 1975-ci il təvəllüdlü Orucov Elşad və 1986-cı il təvəllüdlü Orucov Afiqdir.

 

Onların iki qardaş və əmioğlu olduğu bildirilir. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Orucov Natiqin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

 

Yüngül xəsarət alan digər iki şəxs tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

\\APA

Sizə maraqlı ola bilər