Gənc qadın ombasının şəklini sevgilisinə yox xalça şirkətinə yolladı – FOTOLAR

15:52

13 İyun

lady gaga

İngiltərədə maraqlı hadisə yaşanıb.

 

Primetime.az xəbər verir ki, adı açıqlanmayan gənc qadın etdiyi səhvə görə, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Belə ki, evinin xalçasını dəyişdirmək istəyən qadın “Facebook” hesabından xalça şirkəti ilə danışmağa başlayıb. Daha sonra isə şirkət əməkdaşının “xalça döşənməsini istədiyiniz yerin fotosunu ata bilərsinizmi?” sualı qarşısında gənc qadın evi ilə birlikdə ombasının da fotosunu göndərib.

 

Etdiyi səhvin fərqinə varan qadın dərhal xalça şirkətinə mesaj göndərərək fotonun yanlışlıqla göndərildiyini və üzr istədiyini bildirib. Şirkət isə gənc qadının istəyi ilə fotoları silib.

 

Başına gələnləri sosial şəbəkədə paylaşan qadın “sevgilimə göndərəcəyim fotonu səhvən xalça şirkətinə göndərdim. Çox utanıram” – deyə qeyd edib.

 

 

Sizə maraqlı ola bilər