Gənc qıza küçənin ortasında şiddət

12:21

14 Fevral

lady gaga

Türkiyənin Adana şəhərində 30 yaşlı oğlan nişanlısı olduğu deyilən qıza küçənin ortasında şiddət göstərib.

İddiaya görə, nişanlı cütlük mübahisə etməyə başlayıblar. Oğlan yanındakı gənc qızı divara sıxışdıraraq boğazını sıxmağa başlayıb.

Qız qışqıraraq kömək istəyib, amma oğlan onun ağzını bağlayıb.

Yoldan keçən vətəndaşlar onlara müdaxilə etməyə çalışıblar.

Nişanlısı olduğunu iddia etdiyi qızı buraxmaq istəməyən oğlan  vətəndaşlara mühüm məsələ olmadığını bildirib.

Hadisə yerinə gələn polis qızı adamın əlindən xilas edib.

 

Sizə maraqlı ola bilər