“Gənclər gününə” həsr olunmuş “Gəncliyin dalğasında” adlı konsert keçirildi – FOTO

14:25

5 Fevral

lady gaga

Azərbaycan Gənclər Fondunun maliyə dəstəyi , Xəzər Gənclər Evi və 24 nömrəli onbir illik musiqi məktəbinin təşkilatçılığı ilə 2 fevral “Gənclər gününə” həsr olunmuş “Gəncliyin dalğasında” adlı konsert keçirilib.

 

Primetime.az xəbər verir ki, Konsert Binə Mədəniyyət Mərkəzində baş tutub. Tədbirdə gənclər gününün tarixindən və gənclər evinin əsas fəaliyyətlərindən məlumat verilib. Konsertdə 24 nömrəli onbirillik musiqi məktəbinin və Xəzər gənclər evinin istedadlı gəncləri öz musiqi nömrələrini təqdim ediblər. Sonda gənclər diplom və hədiyyələrlə təltif olunublar.

Sizə maraqlı ola bilər