Gecə klubunda dəhşət: 5 nəfər şəxs 20 yaşlı modeli zorladı

11:08

6 Dekabr

lady gaga

İngiltərədə dəhşətli təcavüz hadisəsi baş verib.

 

Primetime.az xəbər verir ki, məşhurlar və futbolçuların getdiyi bir gecə klubunda 5 nəfər şəxs 20 yaşlı modeli cinsi istismar edib. Belə ki, model hər kəsin içində istismar olunduqdan sonra sözügedən 5 nəfər tərəfindən otelə aparılıb və təcavüz edilib. Baş verən hadisənin görüntüləri sosial şəbəkədə paylaşılsa da, şikayət edildikdən sonra silinib.

 

Polis görüntülərin yayılmasından sonra hadisə ilə bağlı araşdırma başladıb. Gecə klubunda ifadələri alınan bəzi insanlar modelin öz istəyi ilə bu şəxslərlə münasibətdə olduğunu düşündükləri üçün müdaxilə etmədiklərini bildiriblər.

 

İfadəsi alınan gənc model isə yüksək dozada narkotik verildiyi üçün baş verən heç bir şeyi xatırlamadığını deyib. Faktla bağlı araşdırma aparılır.

Sizə maraqlı ola bilər