“Google” ifşa olundu: smartfon istifadəçilərini belə izləyirmiş

21:40

14 Avqust

lady gaga

“Google” şirkəti istifadəçiləri izləməkdə təqsirli bilinir. Prinston universitetində işləyən alimlərin araşdırmasına istinadən bildirilir ki, “Google”un bir çox xidmətləri məxfilik sazlamalarında ziyarət edilmiş yerlərin tarixçəsi deaktiv ediliyi halda belə istifadəçilərin hərəkəti haqda informasiyanı yadda saxlayır.

 

Hesabatda deyilir ki, istifadəçi öz smartfonunda “Google Maps” mobil proqramını işə salan kimi “Google” onun olduğu yer barədə məlumat əldə edir.

 

Jurnalistlər, həmçinin diqqət yetiriblər ki, “Android” sistemi ilə işləyən telefonlarda gündəlik hava yeniləmələri cihaz sahibinin yerini dəqiq göstərir.

 

“Google”un dəstək səhifəsində yazılır ki, ziyarət edilmiş yerlərin tarixçəsini istənilən an deaktiv etmək mümkündür. Ancaq bəzi mobil proqramlar bu məlumatları yadda saxlayır və istifadəçi bundan xəbərsiz olur.

 

“Associated Press” agentliyinin  məlumatına görə, “Android” sisteminin idarəetməsi altında işləyən qurğulardan istifadə edən təxminən 2 milyard nəfər, həmçinin “Google”un xidmətlərindən yararlanan 100 milyonlarla “Apple” cihazının sahibi bu problemi yaşayır.

 

\\ICTnews

Sizə maraqlı ola bilər