Goranboyda iki avtomobil toqquşub

19:34

11 Sentyabr

lady gaga

Goranboy rayonunda iki avtomobil toqquşub.

 

Primetime.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “BMW” markalı minik avtomobili “VAZ-2106” markalı maşınla toqquşub. Arxadan “VAZ-2106″ya çırpılan “BMW” toqquşmanın təsirindən idarəetmədən çıxıb və magistral yolun kənarına düşüb.

 

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Avtomobildəkilərin yüngül xəsarət aldıqları bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə maraqlı ola bilər