Göyçayda ev partladı – VİDEO

20:42

7 Dekabr

Göyçayın Kürd kəndində yaşayış evində qaz sızması səbəbindən partlayış olub.

 

lady gaga

Hadisə zamanı 51 yaşlı Məhəmməd Zərbəliyev və həyat yoldaşı 42 yaşlı Yeganə Zərbəliyeva ağır yanıq xəsarətləri alıblar.

 

Zərərçəkənlər Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Qadının vəziyyətinin ağır olduğu bildirilir.

 

Hadisə yerinə FHN-in Dövlət Yanğına Nəzarət Xidmətinin və Göyçay rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

 

Hadisənin başvermə səbəbi araşdırılır.

 

\\ARB TV

Sizə maraqlı ola bilər