Göygöl yaxınlığında “yoxa çıxan” Rusiya aliminin yeri bilindi

18:31

13 Yanvar

Azərbaycana turizm məqsədi ilə səfərə gəlmiş və sərhədyanı zonaya yollandıqdan sonra bir həftə bundan əvvəl itkin düşmüş Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun əməkdaşı Dmitri Çulkov doğmaları ilə əlaqə qurub.

 

lady gaga

Bunu onun anası Olqa Çulkova bildirib.

 

“Ona zəng etməyə icazə veriblər. Deyir ki, yemək verirlər, tezliklə buraxacaqlarına və Moskvaya yollayacaqlarına söz veriblər”, – Çulkova deyib.

 

Alimin anasının sözlərinə görə, onunla Rusiya səfirliyindən də əlaqə saxlayıblar və əmin ediblər ki, oğlunun həyatına təhlükə yoxdur.

 

Qeyd edək ki, Çulkov yanvarın 3-də Gəncəyə gəlib və özəl mehmanxanada yerləşib. Ev sahibinin sözlərinə görə, yanvarın 5-də qonaq Göygölə tamaşa etməyə yollanıb. O, Çulkova gölə taksi ilə getməyi məsləhət görsə də, rusiyalı Göygölə piyada yollanıb. Göl istiqamətində yolda hərbi hissə yerləşir və güman ki, Çulkov bu hərbi hissənin ərazisinə daxil olub. Bir müddət sonra təhlükəsizlik orqanlarının əməkdaşları mehmanxanaya gələrək, Dmitrinin otağına baxış keçiriblər və onun əşyalarını götürüblər. Yanvarın 9-da hərbçilər ev sahibinə bildiriblər ki, rusiyalını buraxıblar, lakin o, mehmanxanaya qayıtmayıb, internet əlaqəsinə çıxmayıb və zənglərə cavab verməyib.

 

\\Virtualaz.org

Sizə maraqlı ola bilər