Göygöldə ağır yol qəzası: ölən və yaralanan var

23:00

9 Noyabr

lady gaga

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Primetime.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində yerləşən şadlıq evinin yaxınlığında qeydə alınıb.

 

“VAZ-2107” markalı avtomobil Gürcüstan dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı maşınla toqquşub. Nəticədə Göygöl rayon Qızılca kənd sakini, 1961-ci il təvəllüdlü Xalidə Həmzə qızı Bağırova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qəza zamanı daha iki nəfər – 1958-ci il təvəllüdlü Rusiya vətəndaşı Əli Məmmədov və 1993-cü il təvəllüdlü Göygöl rayon sakini Mirmahal Ağabalayev müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə maraqlı ola bilər