Gözlər yenə də Meqanın üstündə – FOTOLAR

15:28

11 İyul

lady gaga

Keyt Midltonun üçüncü oğlu şahzadə Luis Arturun xaç suyuna salınmasından qısa müddət sonra Meqan Markl, şahzadə Harri, Keyt Midlton və şahzadə Uilyam Kraliyyət Hava Qüvvələrinin 100-cü ildönümü münasibətilə bir araya gəlib.

Kraliça II Elizabet təşkil olunan mərasim münasibətilə Bakinqam sarayının bağçasında nitq söyləyib. Sarayın eyvanında hava şousunu izləyən Meqan Markl elə Kraliçanın yanında dayanıb.

Lakin Markl geyindiyi libas ilə yenə də diqqətləri üstünə çəkməyi bacarıb. Belə ki, onun “Dior” brendinə məxsus olan libası demək olar ki, toyunda geyindiyi gəlinliklə eyni görünüb.

İki geyim arasında tək fərq rəng və uzunluq olduğu halda, libasların yaxa hissəsi, qollarının uzunluğu və parça modeli eyni olub.

Sizə maraqlı ola bilər