“Gözümü ondan çəkə bilmirdim” – Amaliya Pənahovanın ölümündən DANIŞDI – VİDEO

20:52

7 Yanvar

lady gaga

ARB TV-nin “Bu qədər” proqramında bu dəfə mərhum aktrisa, xalq artisti Amaliya Pənahovanın həyatı işıqlandırılıb.

 

Primetime.az xəbər verir ki, proqramda tələbələri və dostları onunla bağlı xatirələrini bölüşüb:

 

Elxan Qasımov – Əməkdar artist: “Amaliya Pənahova haqqında danışmaq çətin olsa da, o qədər də asandır. Bizim sənət yolumuz birgə keçib. O dünyasını dəyişən saniyəyə qədər dost olmuşuq, həmkar olmuşuq. Hər pilləni keçdikcə elə bilirdi ki, az edib. Ancaq yüksəkliklərə qalxmaq istəyirdi. Düşünürdü ki, durduğu yeri möhkəmləndirməlidir. Onun dayaqları yaratdığı teatr, intellektdir. Onu kimi xanım olmaq çətindir. Tomris də oynayırdı, qulluqçu qadın da. Bir an dayanmadı. Amma öz enerjisinə fikir vermirdi. Sevilən qadın, sevən qadın idi. Gözəl dost idi. Biz dost itirdik”.

 

Hüsniyyə Mürvətova – Əməkdar artist: “İstetadlara qiymət verirdi. Həmişə deyirdi ki, mənim teatırımda istedadsız aktyor işləyə bilməz. Siz istedadlısınız. Silsilə tamaşalar, sənətkar ömrü qoydu özündən sonra. Ondan gözümü çəkə bilmirdim. Maraqla ona baxırdım. Onun enerjisində başqa aktrisa tanımıram. O yalnız sənətə baxırdı. Nə edirdisə sənət üçün edirdi”.

Sizə maraqlı ola bilər