“Grammy 2019” mükafatları sahiblərinə qovuşdu

11:31

11 Fevral

lady gaga

Ötən gün ABŞ-ın Los-Anceles şəhərində 61-ci “Grammy Awards 2019” mükafatlandırma mərasimi keçirilib.

 

 

Primetime.az xəbər verir ki, sabiq prezident Barak Obamanın həyat yoldaşı Mişel Obamanın da sürpsiz edərək səhnəyə çıxdığı mərasimdə Ledi Qaqa, Jada Pinkett Smit, Alisia Keys və Cennifer Lopez kimi məşhurlar sevənləri ilə görüşüb.

 

 

Primetime.az “Grammy Awards 2019″da mükafat alanları təqdim edir:

“İlin ən yaxşı albomu” – “Golden Hour” (Kacey Musgraves)

“Ən yaxşı mahnı” – “This Is America”

“Ən yaxşı video” – “This Is America”

“Ən yaxşı solo pop-ifa” – “Joanne” (Ledi Qaqa)

“Ən yaxşı ənənəvi vokal pop-albom” – “My Way” (Uilli Nelson)

“Ən yaxşı vokal pop-albom” – “Sweetener” (Ariana Qrande)

“Ən yaxşı yeni ifaçı” – Dua Lipa

“Ən yaxşı vizual media üçün ən yaxşı mahnı” – “Shallow” (Ledi Qaqa”)

“Ən yaxşı alternativ musiqi albomu” – “Colors” (Bek)

“Ən yaxşı opera albomu” – “Bates: the (R)evolution of Steve Jobs”

“Ən yaxşı ritm-n-blüz ifası” – Qabriella Uilson

“Ən yaxşı ritm-n-blüz mahnısı” – “Boo’d Up” (Ella Mey)

“Vizual media üçün ən yaxşı saundtrek” – “Bləck Panther”

“Ən yaxşı rep albom” – “Invasion Of Privacy” (Kardi Bi)

“Ən yaxşı rep mahnı”  – “God’s Plan” (Dreyk)

“Ən yaxşı rep ifa” – “King’s Dead” (Kendrik Lamar, Cey Rok, Future və Ceyms Bleyk)

Sizə maraqlı ola bilər