“Greencard” tamamilə ləğv edilə bilər

17:53

16 May

lady gaga

Bu gün ABŞ prezidenti Donald Tramp müşavirləri Cared Kuşner, Stiven Miller və Kevin Hastın təşəbbüsü ilə hazırlanan miqrasiya siyasətinin dəyişilməsi ilə bağlı dövlət proqramını təqdim edəcək.

 

Primetime.az xəbər verir ki, proqrama görə, əvvəl mühacirlərin qəbulu sistemində ailə əlaqələri əsas götürülürdüsə, bundan sonra təhsilli, ingilis dilində danışmağı bacaran və Amerika Birləşmiş Ştatları ərazisində işləmə təklifi alan şəxslər seçiləcək. Verilən məlumata görə, proqram hər il 1.1 milyon insanın miqrasiya etməsinə imkan verəcək. Qeyd edilib ki, limitin doldurulmasında əsas üstünlük isə ailəsi ilə Amerikaya köç edən mütəxəssislərə veriləcək.

 

Bundan başqa Amerikada daimi yaşama hüququ verən “Green Card”ın da tamamilə ləğv edilməsi gözlənilir.

Sizə maraqlı ola bilər