“Güc sahibi” qorxutmadı, güldürdü – FOTOLAR

12:56

14 Mart

lady gaga

Ötən gün “Güc sahibi” filminin təqdimat mərasimi baş tutub.
Baş rollarını Nərgiz Mahmudzadə, İlqar Musayev, Gülşən Hüseynli, Sənan Əlləz və Mehin Hümbətovanın canlandırdığı ekran işinin qala gecəsində əməkdar artist Səlim Abasov, müğənni Yaşar Cəlilov, aktyorlar Elməddin Cəfərov, Cövdət Şükürov, Şəhryar Əbilov, Yasin Həzirə, rejissorlar Elvin Abdulla, Natiq Novruzov, aparıcı Vüsalə Kərimova iştirak edib.
Zəif ab-havada keçən təqdimat mərasimi ekran işinin nümayişi zamanı da hiss olunub. Həvəskar səviyyəsində olan montaj işi və ssenari izləyənləri cəmi yarım saat zalda oturmağa vadar edə bilib.
Artıq adət halını almış vəziyyət bu dəfə də yaşanıb. Zalı tərk edənlər də oldu, mistik filmi komediya kimi qəbul edib gülənlər də…
İnsanlarda ən çox gülüş doğuran məqam isə ekran işinin vizual effektləri və filmdəki boşluqlar olub.
Teymur Məmmədov
Foto: Nurlan Gülməmmədov

Sizə maraqlı ola bilər