Günayı bir də belə görün – VİDEO

14:07

15 Oktyabr

lady gaga

Müğənni Günay İbrahimli bu dəfə fərqli obrazda kamera qarşısına keçib.

 

Primetime.az  xəbər verir ki, o, məşqçi Səbinə Məhərrəmova ilə birgə yeni bir layihəyə imza atıb. “Məşqin bəhanəsi yoxdur” devizi ilə lentə alınan çəkilişlərdə G. İbrahimli iş xanımı obrazını canlandırıb, daha sonra fitnesslə məşğul olaraq insanlara idmanla bağlı çağırış ediblər:

 

“Bizim əsas məqsədimiz odur ki, insanlar işlərini bəhanə edərək idmana biganə qalmasınlar. Artıq neçə aydır ki, idmanla məşğulam. İstədim ki, maraqlı bir layihəyə imza ataq və əməyi keçən hər kəsə təşəkkür edirəm”.

Sizə maraqlı ola bilər