Günel 3-cü nişanlısından ayrıldığını təsdiqlədi

12:16

14 Noyabr

Türkiyədə fəaliyyətini davam etdirən tanınmış azərbaycanlı müğənni Günel Zeynalova şəxsi və iş həyatı ilə bağlı açıqlama yayıb.

lady gaga

O, İnstaqram hesabında çoxdandır yayılan xəbərlərə birdəfəlik aydınlıq gətirib:

“Özəl həyatım üçün aldığım və mənim üçün ən doğru, xeyirli olan qərarı iş həyatıma da tətbiq etdim. “Torunlar Ajans” və orada çalışanlarla bütün əlaqəmi kəsdim”.

Günel eyni zamanda yeni şirkət açdığını da sözlərinə əlavə edib:

“Bu gündən etibarən bütün tədbirlərimi öz şirkətim “BYGNL”in əməkdaşları təşkil edəcək və işimə onlarla irəliləyəcəm”.

Qeyd edək ki, “Torunlar Ajans” Günelin 3-cü nişanlısı Cem Ozan Torunların ailəsinə məxsus idi.

Cütlük ötən il nişanlanmışdı. Lakin bu ilin iyulunda onların ayrılması ilə bağlı xəbərlər yayılmışdı. Onlar bu yaxınlarda barışsalar da, uzun çəkmədi.

Sizə maraqlı ola bilər