Güneldən Orhan Ölmezlə sevgili olmasına sərt reaksiya: “Utanıram….”

10:56

14 Mart

lady gaga

Xəbər verdiyimiz kimi, ötən gün türk mediasında Azəri Günelin müğənni Orhan Ölmezlə sevgili olduğu xəbərləri yayılıb.

Türkiyədə yaşayan müğənni Günel Zeynalova həmkarı O.Ölmezlə sevgili olması xəbərinə sərt reaksiya verib:

“Əsəblərimi korlamayın! Hər kəsin ailəsi var. Bir şey yazanda öncə düşünün və bir az utanın. Yazanda ana və bacınızı düşünün. Dünən dedim axı, ölən insanların arxasınca danışırsız. Ölümlü dünyadır, ürək qırmağa ehtiyac yoxdur.

Azərbaycanda özünü tanımayan bəzi səviyyəsizlər əlinə telefon alıb ağızlarına gələni yazırlar.

Paxıllığın bu dərəcəsi ola bilməz. Yeni klipim “Kırık Vazo” çıxdı, hansınız xəbər yazıb “xeyirli olsun” demisiz. Ancaq tək fikriniz elə xəbər yerləşdirməkdir ki, insanlar ağızlarına gələni yazsınlar. Şərh bölməsini də bağlamırsız. Sizə görə sadəcə utanıram. Amma unutmayın, hamınızın ata-anası, bacı və qardaşı var. Sizi insan olmağa çağırıram. Amma təəssüf ki, bu dəfə əliniz boşa çıxdı. Mənim haqda pis xəbər yazmaq istəyənlər hələ çox gözləyəcəksiniz”.

Sizə maraqlı ola bilər